Neft bahalaşır, Brent barrel başına $110,71 təşkil edir

09:21 - 5.05.2022


5 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən sessiyanın yekunları üzrə kəskin yüksəlişdən sonra cümə axşamı keçirilən hərracda artır.

Saat 09:04-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyul fyuçersləri $0,57 (0,52%) - barrel başına $110,71-ə qədər bahalaşıb. Mayın 4-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyul fyuçerslərinin qiyməti $5,17 (4,93%) – barrel başına $110,14-ə düşüb.

Saat 09:04-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $0,39 (0,36%) - barrel başına $108,20-ə qədər artıb. Mayın 4-də keçirilən ticarətin nəticələrinə görə, üçün WTI-nin iyun fyuçerslərinin qiyməti $5,40 (5,27%) bir barrelə $107,81-a çatıb.