16:06 - 29.04.2022
29 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac İcmalı”nın aprel sayı çap olunub.
ABC.AZ-ın məlumatına görə, sözügedən sayda qeyd olunub ki, 2022-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (72,2 milyon ABŞ dolları) birinci olub.
Bu siyahıda karbamid (53,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (39,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
14 Avqust 2026
14 Avqust 2026