11:15 - 27.04.2022
27 aprel, Fineko/abc.az. Bazarlarda bəzi meyvələrin qiyməti hər gün bahalaşmaqdadır. Bunların sırasında banan birincidir. Bu meyvə demək olar ki, hər gün bahalaşır. Qiymətinin bahalığına görə, fərqlənən meyvələrdən alça və əriyi misal göstərmək olar.
ABC.AZ-ın məlumatına görə, bazarda alçanın bir kiloqram üçün qiyməti 80 manata qədər artır. Meyvənin qiyməti iriliyinə və xırdalığına görə dəyişir. Əriyin kiloqramı isə 50 manata qədər arta bilir.
Satıcılar bu meyvələrin aprel ayı üçün qiymətini normal hesab edir. Bu fikirdə olan alıcılar da var, lakin qiymətlərdən narazılar da az deyil.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026