09:16 - 26.04.2022
26 aprel, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri ötən hərracların nəticələrinə görə düşdükdən sonra çərşənbə axşamı ticarətdə artır.
Saat 09:01-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $1,31 (1,28%) - barrel başına $103,63-ə yüksəldi. Aprelin 25 - də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyun fyuçers qiyməti $4,33 (4,06%) - barrel başına $102,32-ə düşüb.
Saat 09:01-də Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $1,00 (1,01%) - barrel başına $99,54-ə yüksəldi. Aprelin 25 - də keçirilən ticarətin nəticələrinə görə, iyun ayı üçün WTI-nin fyuçers qiyməti $3,53 (3,46%) - barrelə görə $98,54-a düşüb.
18 Avqust 2026
17 Avqust 2026