Azərbaycan cari ildə Ukraynaya 317 mln dollarlıq məhsul ixrac edib

17:18 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Birinci rübdə Azərbaycan MDB ölkələri arasında ən çox Ukraynaya məhsul ixrac edib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumtaına istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Ukrayna, Rusiya və Belarusdur.

Belə ki, Ukraynaya ixrac olunan məhsulların dəyəri 317,2 milyon dollar, Rusiyaya 155,1 milyon dollar, Belarusa isə 65,5 milyon dollar təşkil edib.