17:12 - 22.04.2022
22 aprel, Fineko/abc.az. Cari ilin birinci rübdə Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb.
Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumtaına istinadən xəbər verir.
Bildirilir ki, üç ayda ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatları 3 milyard 86,6 milyon dollar, martda isə 2 milyard 13,3 milyon dollar təşkil edib.
Qeyd edək ki, yanvar-mart aylarında ölkədə ixracın dəyəri 7 milyard 980,9 milyon dollar olub.
14 Avqust 2026
14 Avqust 2026