09:20 - 21.04.2022
21 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində artır.
Saat 09:10-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $0,94 (0.88%) - barrel başına $107,74-ə yüksəldi. Aprelin 20-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $0,45 (0,42%) - barrel başına $106,80-ə düşüb.
Saat 09:10-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $0,83 (0,81%) - barrel başına $103,02-ə qədər artıb. Aprelin 20-də keçirilən ticarətin nəticələrinə görə iyun ayı üçün WTI-nin fyuçerslərinin qiyməti $0,14 (0,14%) artaraq barel başına $102,19-a qədər yüksəlib.