Son bir ayda ən çox bahalaşan ərzaq kərə yağı olub - Qiymətlər

15:08 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Son bir ayda Azərbaycanda ərzaq məhsullarında qiymət artımı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, son bir ay ərzində ən yüksək qiymət artımı kərə yağında qeydə alınıb.

Belə ki,1 kq kərə yağının qiyməti 4 AZN artaraq 20 AZN-ə yüksəlib.

Hesabat dövrü ərzində toyuq ətinin (1 kq) qiyməti 70 qəpik artaraq 5,7 AZN, mal ətinin (1 kq) qiyməti 50 qəpik artaraq 12 AZN, qarğıdalı yağının qiyməti (1l) 1.1 AZN artaraq 6,7 manata, günəbaxan yağının qiyməti isə 70 qəpik artaraq 4,9 AZN-ə yüksəlib.

Müəllif: Elmir Murad