Azərbaycana idxal olunan elektron məhsullar 6 faizdən çox bahalaşıb

16:53 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Azərbaycana 2022-ci ilin ilk iki ayında mobil telefonların idxalı azaldılıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata əsasən 2022-ci ilin yanvar-fevral aylarında 232.1 min telefon idxal edilib ki, bunun da dəyəri cəmi 45.55 milyon ABŞ dollarıdır.

Simsiz mobil telefonların idxal öncəki illə müqayisədə miqdar baxımdan 22% azalıb. İdxal azalsa da, ölkəyə gətirilmiş elektron məhsullarda bahalaşma qeydə alınıb.

Belə ki, sözügedən dövrdə elektron məhsullar üzrə ümumilikdə 6.4% bahalaşma qeydə alınlb.

Müəllif: Elmir Murad