Toyuq əti bahalaşıb - Ötən aylarla müqayisədə 2 manat artıb

11:20 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə edilir.

ABC.AZ xəbər verir ki, artıq bununla bağlı yerli mətbuatda və sosial şəbəkələrdə məlumatlar dolaşır.

Satıcılar bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqəndirirlər.

Bahalaşma yem və pərakəndə satış obyektləri ilə firmalar arasında yaranan problemlərlə əlaqələndirənlər də var.

Gündəlik tələbat malları arasında xüsusi yer tutan toyuq ətinin qiyməti artıb. Satıcılar deyirlər ki, hazırda bu məhsul ötən aylara nisbətən 1-2 manat arasında bahalaşıb.

Bəzi satıcılar isə firmaların əvvəlki kimi toyuq gətirmədiyini deyirlər. Ya sayı çox az gəlir, ya da ümumiyyətlə günlərlə gəlmir.