SOCAR Rusiyanın da payı olduğu Serbiya şirkətini almaqda maraqlıdır

16:52 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Azərbaycanın dövlət neft şirkəti SOCAR Serbiyanın NIS neft şirkətinin səhmlərinin əksəriyyətini almaqda maraqlıdır.

ABC.AZ-ın məlumatına görə, SOCAR-ın Serbiya hökuməti, eləcə də NIS-in əsas sahibi, Rusiyanın dövlətə məxsus “Qazpromneft” şirkəti ilə əlaqə saxladığı bildirilir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Rusiya qərbin iqtisadi sanksiyalarına məruz qalıb.

Məlumata görə, bu, NIS-in Pançevo neft emalı zavodunu Avropa İttifaqı ərazisi vasitəsilə xam neftlə necə təmin edə biləcəyi qorxusunu artırır.

NIS şirkətinin 51%-i Rusiyanın dövlət şirkəti "Qazpromneft"ə, qalan hissəsi isə Serbiya hökumətinə məxsusdur.