17:32 - 6.04.2022
6 aprel, Fineko/abc.az. “Atlas VPN” tədqiqatçılarının hesablamalarına görə, birinci rübdə hakerlər tərəfindən blokçeyn platformalarından oğurlanan vəsaitlərin ümumi həcmi dünya üzrə rekord məbləğdə 1.3 milyard dollar təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Kommersant" xəbər verib. Birinci rüb həm də hücumların sayına görə fərqlənib.
Belə ki, burada rekord qeydə alınıb və hücumların sayı 78-ə çatıb. Əvvəlki rekord 2019-cu ildə qeydə alınıb və 62 olub.
"Atlas VPN” bütün investorları blokçeyn təhlükəsizliyi məsələlərinə daha çox diqqət yetirməyə çağırıb.