11:59 - 1.04.2022
1 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac icmalı”nın mart sayı nəşr olunub.
ABC.AZ-ın məlumatına görə, yeni sayda Azərbaycanın yanvar-fevral ayları ərzində ixrac statistikası qeyd olunub.
İcmalda 2022-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 153,3 milyon ABŞ dolları, Rusiya Federasiyasına 119,1 milyon ABŞ dolları, Gürcüstana 28,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 21 milyon ABŞ dolları və İtaliyaya isə 19,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
13 Avqust 2026
13 Avqust 2026