17:09 - 14.03.2022
14 mart, Fineko/abc.az. Amerikanın əczaçılıq şirkəti Pfizer Rusiyaya planlaşdırdığı investisiyaları dayandıracaq, lakin ölkəyə dərman tədarükünü davam etdirəcək.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi dərc olunmuş press-relizində deyilir.
"Dərmanlarımızın Rusiyaya tədarükünü könüllü olaraq dayandırmaq bizim prinsipimizi pozmuş olar. Xərçəng və ya ürək-damar xəstəlikləri də daxil olmaqla, dərmanların tədarükünün dayandırılması, xəstələrin əhəmiyyətli dərəcədə əziyyət çəkməsinə və potensial həyat itkisinə səbəb olar, xüsusən də xətə uşaqlar və qocalar arasında", - press-relizdə deyilir.
Eyni zamanda şirkət bildirib ki, tədarükün saxlanması onun Rusiyada həmişəki kimi fəaliyyətini davam etdirəcəyi anlamına gəlmir.
13 Avqust 2026
13 Avqust 2026