14:27 - 10.03.2022
10 mart, Fineko/abc.az. İtaliyanın "Eni” şirkəti Rusiyadan neft və neft məhsullarının alınması ilə bağlı yeni müqavilələrin bağlanmasını dayandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Şirkət həmçinin qaz alışında baş verənləri yaxından izləyəcəyini vəd edib.
Onun Qazpromla "al və ya ödə” prinsipinə əsaslanan uzunmüddətli qaz müqavilələri var.
"Eni” şirkətindən bildirib ki, Rusiyadan enerjiyə daha sərt sanksiyalar tətbiq olunarsa, o, "Avropa və İtaliya qurumlarının qəbul etdiyi hər bir qərarı tam şəkildə həyata keçirəcək”.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026