16:08 - 3.03.2022
3 mart, Fineko/abc.az. Formula 1 rəhbərliyi Ukrayna-Rusiya müharibəsinə görə Rusiya Qran Prisinin müqaviləsinə xitam verib.
ABC.AZ xəbər verir ki, Formula 1 rəhbərliyi Ukrayna-Rusiya müharibəsini əsas gətirərək Rusiya Qran Prisinin müqaviləsinə xitam verdiyini açıqlayıb.
“Formula 1 rəhbərliyi olaraq bildiririk ki, Rusiya Qran Prisinin təşkilati müqaviləsinə xitam verilib və bu qərar Rusiyanın gələcəkdə yarışlar təşkil edə bilməyəcəyi anlamına gəlir”, - deyə rəsmi məlumatda bildirilir.
Bu qərara uyğun olaraq, bunun əksi həyata keçirilməyənə qədər Rusiyada Formula 1 yarışları təşkil edilməyəcək.
Qeyd edək ki, yarışın 2023-cü ildən Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.
Həmçinin bu ilin sentyabrında Soçidə keçirilməsi planlaşdırılan yarış ləğv edildi.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026