11:47 - 3.03.2022
3 mart, Fineko/abc.az. İsveçin “Spotify” internet-servisi Rusiyadakı ofisini qeyri-müəyyən vaxtadək bağlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə servisən bəyanat verilib.
Bəyanatda qeyd olunur ki, bu qərar Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyatla bağlıdır. Servis, həmçinin Rusiyanın dövlət KİV-inə məxsus və onlar tərəfindən idarə olunan şouların tapılmasını məhdudlaşdırıb.
Qeyd edək ki, “Spotify” 2008-ci ildə yaradılıb, Rusiyada 2020-ci ilin yayından fəaliyyət göstərir.
Bugünkü gündə “Spotify”ın 381 milyondan çox istifadəçisi var.