ABŞ-ın kommersiya neft ehtiyatları azalıb - Proqnoz

10:51 - 2.03.2022


2 mart, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 6 100 min barel azalaraq təxminən 409 923 mln. barel təşkil edib.

ABC.AZ-ın məlumatına görə, Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən xəbər verir ki,  bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 796 min barel artacağını proqnozlaşdırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.