Neft ucuzlaşır, Brent bir barelə $92,42 təşkil edir

09:20 - 18.02.2022


18 fevral, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri ötən gün kəskin düşdükdən sonra cümə günü hərracda azalmaqda davam edir.

Saat 9:09-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,55 (0,59%) - barel başına $92,42-a düşüb. Fevralın 17-də keçirilən hərracın nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $1,84 (1,94%) - barel başına $92,97-a düşüb.

Saat 9:09-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart fyuçersi $0,72 (0,78%) - barrel başına $91,04-ə qədər aşağı düşüb. Fevralın 17-də ticarət nəticələrinə görə, WTI-nin mart fyuçerslərinin qiyməti $1,90 (2,03%) – barrel başına $91,76-a düşüb.