Ötən ay Türkiyədən alınan meyvə-tərəvəz artıb

17:13 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 692,8 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatında qeyd edilib. Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Ötən ay Türkiyənin ümumi meyvə və tərəvəz məhsulları ixracının dəyəri isə illik müqayisədə 33,6% çox – 173,305 milyon dollar təşkil edib.

Qonşu ölkənin meyvə və tərəvəz məhsullarının ən böyük idxalçıları ABŞ (30,577 milyon dollar, 62,7%), Almaniya (23,758 milyon dollar, 22,3% çox) və İraq (18,836 milyon dollar, 63,2% çox) olub.