Neft bahalaşır, Brent barrel başına $91,02 təşkil edir

09:25 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarətində artır.

Saat 9:06-da London ICE Futures birjasında hərracda Brent neftinin mart fyuçersi $0.99 (1,10%) - barrel başına $91,02 qədər artıb. Yanvarın 28 - də baş tutmuş ticarətin nəticələrinə görə, Brent-in mart ayına olan fyuçersinin qiyməti $0,69 (0,77%) - barrelə görə $90,03-ə qədər yüksəlib.

Saat 9: 14-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart fyuçersi $0,94 (1,08%) - barrel başına $87,76-a yüksəldi. Yanvarın 28 - də ticarət nəticələrinə görə, mart fyuçerslərinin qiyməti $0,21 (0,24%) artaraq barel başına $86,82 təşkil edib.

Ötən həftə Brent markalı neftin qiyməti 2,44%, WTI nefti - 1,97% bahalaşıb.