10:52 - 12.01.2022
12 yanvar, Fineko/abc.az. “Apple” 2022-ci ildə satışa çıxarılacaq bəzi smartfonların qiymətini qaldıracaq.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, mənbələrə görə, smartfon istehsalı xərclərinin artması səbəbindən yeni “iPhone 14”ün qiyməti orta hesabla $100 artacaq.
“Apple” ənənəvi olaraq 2022-ci ilin payızında yeni “iPhone” modellərini təqdim edəcək.
Lakin bu dəfə yalnız dörd smartfon nümayiş olunacaq: “iPhone 14”, “iPhone 14 Max”, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”.
Ehtimal olunur ki, “iPhone 14” smartfonu “iPhone 13” qiymətinə – $800-a olacaq. Digər modellər orta hesabla $100 bahalaşacaq:
– “iPhone 14 Max”: $899;
– “iPhone 14 Pro”: $1099;
– “iPhone 14 Pro Max”: $1199.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026