Rusiyaya daha iki aviareys açılır - Qiymətlər açıqlandı

17:04 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. Cari ilin mart ayında “Buta Airways” aviaşirkətinin uçuş marşrutları xəritəsinə eyni zamanda iki Rusiya şəhəri daxil ediləcək.

ABC.AZ-ın məlumatına görə, Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar 16 mart tarixindən başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə 17 mart tarixindən başlayacaq və həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.