16:01 - 6.01.2022
6 yanvar, Fineko/abc.az. Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Dövlət Neft Fondundan ABC.AZ-a verilən məlumata görə, 01 yanvar 2022-ci il tarixinə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 155 milyard 373 milyon ABŞ dolları təşkil edib. 2021-ci il ərzində AÇG yatağından gəlirlər 5 milyard 968,4 milyon ABŞ dolları təşkil edib.
2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 551 milyon ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib. 2021-ci il ərzində Şahdəniz yatağından (01.01.2021-01.01.2022 tarixinə) gəlirlər 884 milyon 793 min ABŞ dolları olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 302 milyon 817 min ABŞ dolları təşkil edib.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026