Türkiyənin ilk elektrik avtomobilinin Amerikada təqdimatı oldu

11:25 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. ABŞ-ın Las-Veqasda şəhərində keçirilən dünyanın ən böyük elektronika sərgisi CES 2022-də (Consumer Technology Association) ilk Türkiyə istehsalı elektrik avtomobil TOGG-un təqdimatı keçirilib.

ABC.AZ-ın məlumatına görə, ilk Türk elektrikli avtomobilinin konsepti 100 faiz türk əqli və sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

"Biz özümüzü texnologiya şirkəti kimi görürük. Buna görə də biz ən son innovasiyaların və qabaqcıl texnologiyanın nümayişi olan CES-dəyik", - deyə TOGG-un icraçı direktoru Gürcan Qaraqaş bildirib.