11:10 - 8.12.2021
8 dekabr, Fineko/abc.az. ABŞ 2021-2022-ci illər üçün neftin qiyməti üzrə proqnozunu azaldıb.
ABC.AZ-ın məlumatına görə, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının aylıq hesabatına görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 70,6 dollar səviyyəsində olacağı gözlənilir.
Bu, əvvəlki proqnozla müqayisədə 0,99 dollar azdır.
Proqnoza əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 70,05 dollar səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisindən 1,86 dollar azdır.