10:09 - 2.12.2021
2 dekabr, Fineko/abc.az. Qəhvənin qiyməti son 10 ildə ən yüksək səviyyəyə qalxıb.
ABC.AZ-ın məlumatına görə, dekabrda çatdırılacaq qəhvə fyuçerslərinin qiyməti keçən bazar ertəsi funt üçün (0,45 kq) 2,34 dollar olub.
Ötən həftənin 3-cü günü isə qəhvə fyuçerslərinin qiyməti bir funt üçün 2,46 dolları görüb.
Bu, son 10 ildə qəhvə üçün ən yüksək qiymətdir.
Daha bahalı qəhvə 2011-ci ildə, onun qiyməti bir funt üçün 3 dollardan yuxarı qalxanda başa gəlib.
13 Avqust 2026
13 Avqust 2026