15:29 - 1.12.2021
1 dekabr, Fineko/abc.az. "SOCAR Georgia Gas" şirkəti bu gündən Gürcüstanın bölgələrində qeyri-əhali abonentləri üçün qazın 1 kubmetrinin qiymətini 20 tetri (0,11 manat) artırıb.
ABC.AZ apa-ya istinadla xəbər verir ki, qiymət artımından sonra "SOCAR Georgia Gas"ın tədarük edəcəyi kommersiya qazının 1 kubmetrinin qiyməti 1,15 lari (0,63 manat) təşkil edəcək.
Qeyd edək ki, şirkət qiymət artımını xidmət xərclərinin artması və Gürcüstan milli valyutasının mübadilə qiymətinin dəyişməsi illə əlaqələndirib.
18 Avqust 2026
17 Avqust 2026