17:19 - 29.10.2021
29 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi xaricdən gətirilən avtomobillərin və mobil telefonların gömrük ödənişinin artırıldığı haqda məlumatlara münasibət bildirib.
ABC.AZ xəbər verir ki, DGK-nın açıqlamasında qeyd olunub ki, bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir.
"Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil”.
13 Avqust 2026
13 Avqust 2026