Qusarda avtomobil yolunun tikintisinə pul ayrıldı – Sərəncam

15:38 - 6.08.2021


6 avqust, Fineko/abc.az. Qusar rayonunun Qusar–Qayakənd–Avaran–Xürəl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Qusar–Qayakənd–Avaran–Xürəl avtomobil yolunun tikintisi məqsədilə 5,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı.