10:35 - 1.06.2021
1 iyun, Fineko/abc.az. Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana hava yolu ilə səfər edənlərin sayında illik müqayisədə 13,8% artım qeydə alınıb.
ABC.AZ qonşu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının aprel ayı üzrə hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, keçən ay ölkənin qəbul etdiyi beynəlxalq ziyarətçilərin sayı ötən ilin eyni göstəricisindən 140,4% çox olub.
Ziyarətçilərin 91,9%-ni turistlər təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 182,2% çoxdur. Hesabatda vurğulanıb ki, səfər edənlərin sayının artmasına vaksinasiyanın aparılması və beynəlxalq aviareyslərin bərpası səbəb olub.
Müəllif: Elmir Murad
18 Avqust 2026