11:04 - 31.05.2021
31 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2021-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olmuş məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 16,7 faizi ticarət müəssisələri, 60,8 faizi fərdi sahibkarlar tərəfindən, 22,5 faizi isə bazar və yarmarkalarda satılıb.
2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,9 dəfə, fərdi sahibkarlar üzrə 4,1 faiz, bazar və yarmarkalarda isə 18,5 faiz azalıb.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 261,7 manatlıq istehlak malları, o cümlədən 167,9 manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları, 93,8 manatlıq qeyri-ərzaq malları alıblar.
8 İyun 2026