Yevlax bazarında nöqsan - AQTA yoxlama aparıb

14:17 - 18.05.2021


18 may, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “Yevlax-Mərkəzi Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında yoxlama keçirib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı bazarın qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı, satışa çıxarılan heyvan mənşəli məhsulların, baytarlıq ekspertizasından keçirilmədiyi, temperatur rejiminə və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, ərzaq satışı mağazalarında mal qonşuluğu prisipinin pozulduğu müəyyən olunub.

Eyni zamanda, qida məhsulları ilə birbaşa təmasda olan şəxslərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, vaxtaşırı olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.