10:18 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Azərbaycanda aqrar sahədə ödənilən subsidiya və güzəştlərin ərzaq təhlükəsizliyinə, ixrac potensialına və fermerlərin gəlirliliyinə təsiri ətraflı təhlil olunacaq.
Maliyyə Nazirliyindən bildirilib ki, iqtisadi cəhətdən səmərəsiz hesab edilən subsidiya növləri və məbləğləri mərhələli qaydada azaldılacaq, azad olunan büdcə vəsaitləri isə daha səmərəli istiqamətlərə yönəldiləcək.
Bir sıra məhsullar üzrə subsidiyaların verilməsi davamlı deyil, müəyyən olunmuş dövrü əhatə edəcək. Şəffaflığın artırılması məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) funksionallığı genişləndirilərək əkin sahələri, məhsuldarlıq, heyvan sayı və satış göstəriciləri vahid platformada izləniləcək.
18 Avqust 2026