10:14 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi məqsədilə buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialı və məhsuldarlıq yüksəldiləcək.
Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, ixracyönümlü məhsullar üzrə əlavə dəyərin artırılması üçün meyvəçilik, tərəvəzçilik, fındıqçılıq və pambıqçılıq sahələrində emal sənayesinin inkişafı, müasir suvarma sistemlərinin tətbiqi, soyuducu anbar və logistika infrastrukturunun genişləndirilməsi təmin ediləcək. Eyni zamanda torpaq və su resurslarından səmərəli istifadə olunması, aqrokimyəvi xüsusiyyətlər əsasında məhsuldarlığın artırılması və yerli, eləcə də xarici investorların cəlb edilməsini stimullaşdıran təşviq mexanizmlərinin gücləndirilməsi planlaşdırılır.
17 Avqust 2026
15 Avqust 2026