Azərbaycanda əlilliyi olan 464 mindən çox şəxsə pensiya və müavinət ödənilib

10:30 - 17.08.2026


17 avqust, Fineko/abc.az. Bu ilin iyul ayında Azərbaycanda əlilliyə görə 243,1 min nəfər pensiya, 221,5 min nəfər isə aylıq müavinət alıb.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görə, müvafiq dövrdə eyni zamanda 91,8 min nəfər şəxs əlilliyə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilib.