11:04 - 7.03.2018
7 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2018-ci ilin fevral ayında 0,11% artıb.
AMB-nin məlumatında qeyd edilir ki, 2018-ci ilin fevralın 28-nə valyuta ehtiyatları 5387,2 milyon dollar təşkil etmiş, 2018-ci ilin yanvarın 31-də isə bu göstərici 5381,2 milyon dollar səviyyəsində olmuşdur.
2018-ci il yanvarın 1-də valyuta ehtiyatları 5334,6 milyon dollar təşkil edib. 2018-ci ilin yanvar-fevral ayları ərzində AMB-nin valyuta ehtiyatları 52,7 milyon dollar və ya 0,99% artıb.
2017-ci il yanvarın 1-nə olan valyuta ehtiyatları 3,394,4 milyon dollar təşkil edib, 2017-ci ildə AMB-nin valyuta ehtiyatları 1 360,2 milyon dollar və ya 34,22% artıb.