09:58 - 11.02.2020
11 fevral, Fineko/abc.az. Çərşənbə axşamı günü neftin etalon markaların qiymətləri, bir gün əvvəl il üzrə minimuma qədər düşəndən sonra yüksəlməyə başlayır.
Fevralın 10-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi $1,20 (2,2%) enərək bir barelə $53,27 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:25-də $0,73 (1,37%) artaraq bir barelə $54,00 təşkil etmişdir.
Fevralın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi
$0,75 (1,49%) enərək bir barelə $49,57 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:25-də $0,63 (1,27%) artaraq bir barelə $50,20 təşkil etmişdir.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,44 (2,38%) düşərək bir barelə $59,18 təşkil edib.
10 Avqust 2026
10 Avqust 2026