15:58 - 7.02.2020
7 fevral, Fineko/abc.az. Ötən il Azərbaycan şirkətlərinin bank hesablarındakı vəsaitlərinin məbləği 2 milyard 507 milyon manat artıb.
ABC.AZ Mərkəzi Bankaın statistikasına istinadən xəbər verir ki, 31 Dekabr 2019-cu il tarixində hüquqi şəxslərin depozitləri 12 milyard 819 milyon manat təşkil edib. Bu məbləğ 2018-ci ilin sonunda 10 milyard 311 milyon manat idi.
Hüquqi şəxslərin müddətli depozitlərinə gəlincə onlar da 1 milyard 156 milyon manat artaraq 2 milyard 606 milyon manata, tələbli depozitləri isə 1 milyard 351 milyon manat artaraq 10 milyard 213 milyon manata yüksəlib. Ötən il sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 24.3 milyon manat artaraq 130 milyon manata qədər çoxalıb.
Müəllif: Elmir Murad