14:15 - 7.02.2020
7 fevral, Fineko/abc.az. Azərbaycanın bank sektoru 2019-cu ildə 536 milyon 900 min manat xalis mənfəət qazanıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 92,2% çoxdur. Belə ki, ötən il bankların əməliyyat gəlirləri 2 645,9 milyon manat (əvvəlki ilə nisbətən 14,9% çox), əməliyyat xərcləri 1 752,9 milyon manat (9,05% çox), xüsusi ehtiyatlara ayırmaları 221,3 milyon manat (35,9% az), digər gəlirləri 21,3 milyon manat (8,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 156,1 milyon manat (2,2 dəfə çox) təşkil edib.
Müəllif: Elmir Murad