Əmanətlərin sığortalanmasında yenilik – Başqa model hazırlanır

14:29 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Azərbaycanda əmanətlərin sığortalanmasında yeni model hazırlanacaq.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair ənənəvi mətbuat konfransında bildirib.

Əhalinin bank əmanətlərinin sığortalanmasını mühümlüyünə toxunan E.Rüstəmov sözügedən modellə bağlı bunları dedi: “Hazırda biz əmanətlərin sığortalanmasının yeni modeli üzərində işləyirik. Hesab edirik ki, bu sistem yumşaq formada və mərhələli şəkildə tətbiq olunmalıdır”.

Müəllif: Elmir Murad