11:18 - 29.01.2020
29 yanvar, Fineko/abc.az. Bank Respublika 2019-cu ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ bankın hesabatına isyinadən xəbər verir ki, 2018-ci ilə nisbətən bankın xalis mənfəəti 10 dəfə artaraq 20,4 milyon manat, xalis əməliyyat mənfəəti 4 dəfə artaraq 40,7 milyon manat, xalis faiz gəlirləri isə 68% artaraq 41,3 milyon manat təşkil edib.
1 yanvar 2020-ci il tarixinə bankın aktivləri 1,4 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% çoxdur. Bundan əlavə, bankın məcmu kapitalı 49%, depozit portfeli 54%, kredit portfeli isə 41% artıb.
Müəllif: Elmir Murad