AMB depozit hərracında 150 mln. manat cəlb edib

12:17 - 13.01.2020


13 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün  150 mln. manat cəlb edib.

“AMB yanvarın 13-də növbəti depozit hərracı keçirib və bu hərracda 150 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 883,95 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.  

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.