Qızılın qiyməti hamını təəccübləndirdi – 20 dollar bahalaşdı

10:07 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Dünyada gedən siyası və hərbi proseslər qızılın qiymətinə də təsirsiz ötüşməyib. Belə ki, qızılın qiyməti son zamanların ən yüksək həddinə çatıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 19,50 dollar bahalaşaraq 1 593,80 dollara ticarət olunub. Gümüşün unsiyasının qiyməti isə 0,19 dollar artaraq 18,58 dollara satılıb.