Azərbaycanda kredit faizləri azalıb? - Mərkəzi Bankdan açıqlama

11:46 - 7.01.2020


7 yanvar, Fineko/abc.az. Azərbaycanda kredit faizləri azalıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, son bir il ərzində Azərbaycanda kreditlərin orta faiz dərəcəsi 0,5% aşağı düşüb.

Qeyd edək ki, 2018-ci ilin sonunda Azərbaycan kreditlərin orta faiz dərəcəsi 11,8% olmuşdusa, 2019-cu il dekabrın 1-ə olan məlumata görə bu göstərici 11,3%-ə enib.

Kreditlərin ucuzlaşması dollar kreditlərinin hesabına olub. Belə ki, 2018-ci ilin sonunda Azərbaycanda dollar kreditlərinin faiz dərəcəsi 8,1% olduğu halda, bu il həmin göstərici 6,2%-ə düşüb.

Manatla kreditlərdə isə faiz dərəcəsi dəyişməyərək 14,2%-də qalıb.

Müəllif: Elmir Murad