11:19 - 7.01.2020
7 yanvar, Fineko/abc.az. 2019-cu ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 266 min ədəd artıb, kredit kartlarının sayı isə 109 min ədəd azalıb.
2019-cu ilin noyabr ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 207 min ədəd təşkil edib.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, oktyabr ayının sonu ilə müqayisədə noyabrda cəmi ödəniş kartlarının sayı 71 min ədəd artıb. Oktyabrın sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 136 min ədədə təşkil etmişdi.
Cəmi ödəniş kartlarının sayı yanvarda 39 min ədəd, fevralda 74 min ədəd, martda 0 ədəd, apreldə 97 min ədəd, mayda 247 min ədəd, İyunda 43 min, İyulda 121 min ədəd, Avqustda 77 min ədəd, Sentybarda isə 58 min ədəd artmışdı. Oktyabrda isə cəmi ödəniş kartlarının sayı 130 min ədəd azalmışdı. Sayın azalması sosial kartların azalması ilə əlaqəli olub. Sosial kartların sayında azalma aqro kartların müddətinin bitməsindən qaynaqlanıb.
Qeyd edək ki, bu ildən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalarını almaları üçün yeni fermer kartı veriləcək.
Müəllif: Elmir Murad
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026