15:30 - 2.12.2019
2 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi oktybar ayı ərzində ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı açıqlanıb.
ABC.AZ xəbər verir ki, açıqlanan hesabatda qeyd olunub ki, oktyabr ayı ərzində psot terminalların sayı artsa da, ötən illə müqayisə də azalma müşahidə olunub.
Bəs görəsən Post-terminalların şəhər və rayonlar üzrə artım tempi necə olub?
Hesabatdan məlum olur ki, POS-terminalların 39 min 634 ədədi Bakıda yerləşən obyektlərdə, 25 min 974 ədədi isə regionlarda yerləşən obyektlərdə quraşdırılıb. Oktyabrda Bakıdakı obyektlərdə quraşdırılmış POS-terminalların sayı 571 ədəd, regionlardakı obyektlərdə quraşdırılan POS-terminalların sayı isə 260 ədəd artıb.
Qeyd edək ki, 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 80 min 301 ədədə çatmışdı. Sonradan sahibkarlar POS-terminallardan imtina etməyə başlamışdılar.
Müəllif: Elmir Murad
18 Avqust 2026