"FERRUM Kapital"ın 1 milyon manatlıq istiqraz hərracı yekunlaşdı

14:51 - 20.08.2026


20 avqust, Fineko/abc.az. "Bakı Fond Birjası" QSC-də (BFB) "FERRUM Kapital" QSC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla başa çatıb. Hərracın nəticələri tələblərə cavab verdiyi üçün qiymətli kağızlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib.

İstiqraz emissiyasının göstəriciləri aşağıdakı kimidir:

  • Emitent: "FERRUM Kapital" QSC

  • İSİN: AZ2024022280

  • Buraxılış həcmi: 1 000 000 manat (10 000 ədəd)

  • Nominal qiyməti: 100 manat

  • İllik gəlirlilik: 14%

  • Tədavül müddəti: 12 ay

  • Faiz ödəniş dövrü: Hər 3 aydan bir (ildə 4 dəfə)

  • Reallaşdırılan həcm: 1 000 000 manat (Tələb 100% təmin edilib)

  • İnvestor və sifariş sayı: 52

  • Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC