12:46 - 21.11.2019
21 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 21 noyabr tarixində növbəti valyuta hərracı keçirilib.
“Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Daha əvvəlki, noyabrın 19-da keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin 1,70 AZN/1 USD təşkil etmişdir.