17:27 - 20.11.2019
20 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarında ölkənin neft-qaz sektoruna 4 milyard 270,9 milyon manat vəsait yönəldilib.
Qeyd olunur ki, 10 ayda neft-qaz sektorunda 25 milyard 302,9 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 0,3 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 0,2 faiz çoxalıb. Sənaye məhsulunun 70,3 faizi mədənçıxarma sektorunda istehsal olunub.
Oktyabrda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 4,8 faiz ucuzlaşıb.
Ötən ayın əvvəlinə iqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər çalışıb. Yanvar-sentyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3 min 68,9 manat təşkil edib.
8 Avqust 2026
8 Avqust 2026